Qüdrət Həsənquliyev deputat həmkarlarına SƏSLƏNDİbackend

Qüdrət Həsənquliyev deputat həmkarlarına SƏSLƏNDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

 

Deputat Qüdrət Həsənquliyev deputatları yenidən YAŞAT Fonduna vəsait köçürməyə səsləyib.

 

İnterpress.az-ın xəbərinə görə,  o deyib ki, parlamentdə deputatlar vəsaitin azlığından və çoxluğundan asılı olmayaraq vəsait köçürsələr çox yaxşı olar:

 

“YAŞAT Fondu qazilər və şəhid ailələrinin ehtiyacları  üçün işlər görür. Ona görə də bu fonda vəsait köçürülməsinə ehtiyac var. Həm də müqəddəs Ramazan günlərində din xadimləri də xeyriyyəçilik işlərini təşviq etməlidirlər”.

 

Deputat həmçinin çıxışında son günlər koronavirusdan ölüm saylarının artması məsələsinə də münasibət bildirib:

 

“Pandemiya gün-gündən genişlənir. Ancaq ölkəmizdə peyvənd olunma işi çox da sürətlə getmir. Vaksin ehtiyatlarımız varsa televiziyalarda sosial çarxlar yayınmalıdır. Bununla bağlı maariflənməyə ehtiyac var”.

 

İnterpress.az