Rusiya: Finlandiyanın sərhəd qapılarını bağlamaq qərarı onun milli maraqlarına ziddirbackend

Rusiya: Finlandiyanın sərhəd qapılarını bağlamaq qərarı onun milli maraqlarına ziddir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya xarici işlər nazirinin müavini Aleksandr Qruşko Finlandiyanın Rusiya ilə sərhəd qapılarını bağlamaq qərarının milli maraqlarına zidd olacağını bildirib. Bu barədə İnterpress.az yerli mediaya istinadən xəbər verir. TASS-a danışan Qruşko Finlandiyanın Rusiya ilə bütün sərhəd qapılarını bağlama ehtimalını dəyərləndirib.

Rusiyanın bütün ölkələrə açıq olduğunu bildirən Qruşko deyib: “Cavab vermək üçün tədbirlər gördüyümüz zaman onları hər zaman konkret olaraq milli maraqlarımızla əlaqələndiririk. Bu halda belə bir qərar açıq şəkildə Finlandiyanın milli maraqlarına zidd olacaq”.

Kremlin sözçüsü Dmitri Peskov da məsələ ilə bağlı açıqlamasında bildirib: “Bu, bizi dərindən narahat edir. Çünki Finlandiya ilə çox yaxşı, praqmatik və qarşılıqlı hörmətə əsaslanan münasibətlərimiz var idi. Təəssüf ki, bu münasibətlər anti-Rusiya yanaşması ilə əvəz olundu”.

Finlandiya həftə sonu Rusiya ilə 4 sərhəd qapısını “üçüncü ölkə vətəndaşlarının” axınının qarşısını almaq səbəbi ilə bağlamaq qərarına gəlib. Sözügedən qərarın 2024-cü il fevralın 18-dək qüvvədə olacağı bildirilib.

Finlandiya mətbuatında Rusiya ilə qalan sərhəd qapılarının bağlanmasına qərar veriləcəyi ilə bağlı xəbərlər yayılıb.