Rusiya İsveçə NOTA GÖNDƏRDİbackend

Rusiya İsveçə NOTA GÖNDƏRDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Stokholmdakı səfirliyinə PUA hücumu ilə bağlı İsveçə nota verib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Rusiyanın İsveçdəki səfiri Sergey Belyaev Stokholmdakı diplomatik nümayəndəliyə qarşı törədilən növbəti PUA (pilotsuz uçuş aparatı) hücumu ilə əlaqədar İsveç Xarici İşlər Nazirliyinə rəsmi nota ünvanlandığını açıqlayıb.

Səfirin sözlərinə görə, səfirlik ərazisinə qırmızı boya ilə dolu konteyner atan və binanın yaxınlığına saxta bomba mulyajı ilə çırpılan kiçik mənzilli dronlar böyük ehtimalla birbaşa Stokholm şəhərinin daxilindən havaya buraxılıb.

Baş vermiş fövqəladə insidentlə əlaqədar yaxın vaxtlarda Rusiya XİN-in İsveçin Moskvadakı səfirini idarəyə çağıraraq etirazını bildirəcəyi gözlənilir.

Rusiya tərəfi İsveç hüquq-mühafizə orqanlarından diplomatik nümayəndəliyin təhlükəsizliyinin tam təmin olunmasını və günahkarların tapılaraq məsuliyyətə cəlb edilməsini tələb edib.

Faktla bağlı İsveç polisi tərəfindən araşdırma aparılır.

Xuraman Etibarlı

İnterpress.az