Hindistanda alov şousunda FACİƏ: Kaskadyor YANDI – VİDEObackend

Hindistanda alov şousunda FACİƏ: Kaskadyor YANDI – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Hindistanda dəhşətli qəza: Alov şousu göstərən gənc saniyələr ərzində yanmağa başlayıb

İnterpress.az xəbər verir ki, bu barədə “The Times of India” qəzeti məlumat yayıb.

Hindistanda keçirilən kütləvi tədbirlərin birində alov şousu göstərən gənc kaskadyor dəhşətli bədbəxt hadisə ilə üzləşib.

Şou zamanı odla təhlükəli tryuk yerinə yetirən gənc ehtiyatsızlıqdan alovlanaraq saniyələr ərzində yanmağa başlayıb.

Hadisə yerində olan həmkarları və dostları dərhal müdaxilə edərək alovu söndürməyə çalışsalar da, gənc bədəninin yuxarı hissəsindən genişmiqyaslı ağır yanıq xəsarətləri alıb.

Hadisə yerinə gələn təcili tibbi yardım maşını ilə yaralı dərhal şəhər xəstəxanasının yanıq şöbəsinə yerləşdirilib.

Həkimlər onun vəziyyətini ağır qiymətləndirirlər və bədəninin böyük hissəsinin yandığını bildiriblər.

Hadisə anının videogörüntüləri sosial şəbəkələrdə sürətlə yayılaraq böyük rezonans doğurub.

Faktla bağlı yerli polis idarəsi tərəfindən rəsmi təhqiqat başladılıb, tədbirin təşkilatçılarının təhlükəsizlik qaydalarına əməl edib-etmədiyi araşdırılır.

Xuraman Etibarlı

İnterpress.az