Kaluqada şiddətli istidə elektrik kəsilməsi səbəbindən insanlar “şeytan çarxı”nda asılı qalıblar.
İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.
Rusiyanın Kaluqa şəhərində hökm sürən anomal isti hava şəraitində elektrik enerjisinin qəfil kəsilməsi sərnişinlərin və park ziyarətçilərinin həyatını təhlükəyə atıb.
“Kaluqa-Park” əyləncə mərkəzində “şeytan çarxı” attraksionuna minən onlarla sakin elektrik kəsintisindən sonra kabinələrdə köməksiz vəziyyətdə asılı qalıb.
Yerli sakinlərin verdiyi məlumata görə, parkın yerləşdiyi bütün ərazi tamamilə işıqsız qalıb.
Nəticədə attraksionun ziyarətçiləri 30 dərəcədən çox bür bürkülü istidə, yüksəklikdəki qapalı kabinələrdə sıxılıb qalıblar.
Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin (FHN) xilasediciləri və təcili tibbi yardım briqadaları cəlb olunub. Parkın əməkdaşları və xilasedicilər xüsusi mexaniki üsullarla çarxı hərəkət etdirərək insanları tədricən yerə endirmək üçün təxliyə tədbirlərinə başlayıblar.
İlkin məlumatlara görə, bürkülü kabinələrdə qalan bəzi azyaşlı uşaqlar və yaşlı insanlar arasında istivurma və kəskin susuzlaşma əlamətləri qeydə alınıb, onlara yerindəcə təcili yardım göstərilib.
Faktla bağlı prokurorluq tərəfindən park rəhbərliyinin fəaliyyətinə və təhlükəsizlik qaydalarına riayət olunmasına dair rəsmi araşdırmalara başlanılıb.
Xuraman Etibarlı
İnterpress.az






