ABŞ-də ATIŞMA: Polislə silahlı şəxs arasında qarşıdurma DAVAM EDİR – VİDEObackend

ABŞ-də ATIŞMA: Polislə silahlı şəxs arasında qarşıdurma DAVAM EDİR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-də polislə silahlı şəxs arasında qarşıdurma baş verib.

İnterpress.az xəbər verir ki, bu barədə “Reuters” məlumat yayıb.

ABŞ-nin Texas ştatının Midlend şəhərində baş verən silahlı insidentlə əlaqədar polis və xüsusi təyinatlı qüvvələr genişmiqyaslı əməliyyat həyata keçirirlər.

Ektor dairəsi şerifinin idarəsindən verilən məlumata görə, yerli hakimiyyət orqanları Midlenddə baş verən atışma ilə bağlı hadisə yerinə əlavə qüvvələr göndəriblər.

Hadisə yerinə gələn polis əməkdaşları binalardan birinin daxilindən gələn güclü atəş səsləri eşidiblər.

Hazırda asayiş keşikçiləri ilə binada gizlənən ehtimal olunan silahlı şəxs arasında qarşıdurma davam edir.

Əraziyə xüsusi təyinatlı dəstələr cəlb edilib, yaxınlıqdakı küçələr tamamilə mühasirəyə alınıb və sakinlərə pəncərələrdən uzaq durmaq, eləcə də evlərini tərk etməmək barədə ciddi xəbərdarlıq edilib.

Hələlik hadisə nəticəsində ölənlər və ya yaralananlar barədə rəsmi məlumat açıqlanmayıb.

Hüquq-mühafizə orqanları silahlı şəxsin təslim olması və ya zərərsizləşdirilməsi istiqamətində əməliyyat tədbirlərini davam etdirirlər.

Xuraman Etibarlı

İnterpress.az