Adıgeydə QANLI OLAY: Evdə qanunsuz saxlanılan meymun 84 yaşlı qadını parçalayıb ÖLDÜRDÜ – VİDEObackend

Adıgeydə QANLI OLAY: Evdə qanunsuz saxlanılan meymun 84 yaşlı qadını parçalayıb ÖLDÜRDÜ – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Adıgeydə qorxulu hadisə: Meymun 84 yaşlı təqaüdçü qadını parçalayaraq öldürüb

İnterpress.az xəbər verir ki, bu barədə TASS agentliyi məlumat yayıb.

Rusiyanın Adıgey Respublikasında ev şəraitində qanunsuz saxlanılan meymun 84 yaşlı təqaüdçü qadını parçalayaraq öldürüb.

Hadisə Taxtamukay rayonundakı bağ sahəsində qeydə alınıb. Meymun təqaüdçü qadına 30 dərəcə istidə su ilə soyutmağa çalışdıqdan sonra hücum edib.

Yava makakaları belə vəziyyətlərdə aqressivlik nümayiş etdirirlər. Onlar stressə, qapalı məkanlara və tez-tez insan təmasına reaksiya verirlər.

Onlar dişləyə və dərin yaralar vura bilərlər və güclərinə nəzarət edə bilmirlər. Müqavimət göstərilərsə, geri çəkilirlər, amma nəzarət olunmazsa, yenidən hücum edə bilərlər.

Vəhşi heyvan təqaüdçünün ayaq nahiyələrini ağır şəkildə dişləyib, ardınca isə köməyə gələn onun 39 yaşlı nəvəsinə hücum çəkib.

Yaşlı qadın aldığı çoxsaylı xəsarətlər və kəskin qanitirmə səbəbindən təcili tibbi yardım gələnə qədər hadisə yerindəcə dünyasını dəyişib.

Ağır yaralanan nəvə isə dərhal xəstəxanaya yerləşdirilib, onun həyatı üçün təhlükə yoxdur.

Hüquq-mühafizə orqanlarının apardığı araşdırmalar zamanı məlum olub ki, ailə meymun və digər ekzotik heyvanları heç bir rəsmi sənəd və icazə olmadan, tam qanunsuz şəkildə saxlayırmış.

Evdəki bütün ekzotik heyvanların – bir neçə kenquru, iki tülkü və beş lama vəfat edən qadının digər nəvəsinə (gənc qıza) məxsus olduğu bildirilir.

Faktla bağlı Rusiya İstintaq Komitəsinin regional idarəsi tərəfindən “ehtiyatsızlıqdan ölümə səbəb olma” maddəsi ilə rəsmi cinayət işi başlanıb.

Məsuliyyətsiz heyvan sahibini ciddi cəza gözləyir.

Xuraman Etibarlı

İnterpress.az