“Empire State Building”in zirvəsində evlilik təklifi HƏBSLƏ BİTDİ – FOTO/VİDEObackend

“Empire State Building”in zirvəsində evlilik təklifi HƏBSLƏ BİTDİ – FOTO/VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Nyu-Yorkda “Empire State Building”in zirvəsinə dırmaşan rusiyalı cütlük həbs edilib.

İnterpress.az xəbər verir ki, bu barədə “The New York Post” qəzeti məlumat yayıb.

Nyu-Yorkun simvollarından sayılan 440 metrlik “Empire State Building” göydələninin ən uca nöqtəsinə qanunsuz dırmaşan rusiyalı tanınmış ekstremal cütlük Angela Nikolau və İvan Birkus polis tərəfindən saxlanılıb.

İvan göydələnin zirvəsində Angelaya evlilik təklifi etdikdən dərhal sonra hər iki gənc nəzarətə götürülüb.

İndi onları ABŞ qanunvericiliyinə əsasən azı 8 maddə (özgə mülkünə qanunsuz daxil olma, xuliqanlıq, təhlükəsizlik qaydalarının pozulması, əmlaka qəsdən ziyan vurma və s.) üzrə ittihamlar gözləyir.

Nyu-York inzibati məcəlləsinə əsasən, bu qayda pozuntusuna görə cütlüyü 1 ilə qədər həbs cəzası, 1000 dollar (təxminən 1 700 manat) məbləğində pul cəriməsi və ya hər iki cəzanın eyni vaxtda tətbiqi gözləyir.

Moskvada anadan olan və son illər ABŞ-də yaşayan cütlük bundan əvvəl Parisdəki Eyfel qülləsinə, Moskva Dövlət Universitetinin binasına və Çindəki “Goldin Finance 117” göydələninin zirvəsinə dırmaşmaqla dünyada böyük məşhurluq qazanıblar.

Onlar həmçinin ötən il məşhur “Diesel” brendinin reklam çarxında da çəkiliblər.

Xuraman Etibarlı

İnterpress.az