Rusiya Paşinyanın Ermənistanın Aİ-yə üzvlük müraciəti ilə bağlı sözlərinə reaksiya verib.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi açıqlama yayıb.
Rusiya XİN Ermənistanın Baş naziri Nikol Paşinyanın ölkənin Avropa İttifaqına üzvlük üçün müraciət edəcəyi və Avrasiya İqtisadi İttifaqında üzvlüklə bağlı referendum keçirilməsi barədə açıqlamalarını “açıq manipulyasiya” adlandırıb.
Rusiya tərəfi Ermənistan rəhbərliyinin əvvəlcə Aİ-yə üzvlük üçün rəsmi müraciət etmək kimi prinsipial xarici siyasət qərarı qəbul etməyi, yalnız bundan sonra isə xalqdan belə bir addımın məqsədəuyğunluğu barədə fikir soruşmağı planlaşdırmasını anlaşılmaz hesab edib.
XİN qeyd edib ki, Ermənistan rəhbərliyinin bu məsələyə yanaşmasında məntiqin “tərsinə çevrildiyini” anlamaq çətindir.
Xuraman Etibarlı
İnterpress.az






