Rusiyadan Ermənistana gələn turistlərin sayı 10% azalıb.
interpress.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan iyunun 14-də keçirdiyi mətbuat konfransında bildirib.
“Əgər keçən il turistlərin 50%-i Rusiyadan idisə, indi 40%-dir.
Rusiyadan gələn turistlərin sayı azalıb. Əksinə, Hindistan, BƏƏ və bəzi digər ölkələrdən gələn turistlərin sayı artıb. Turistlərin mütləq sayı azala bilər, lakin eyni zamanda iaşə sektorunda artım 9,3%, mədəniyyət, əyləncə və istirahət sahələrində 1,1% təşkil edib”, – Papoyan deyib.
Xuraman Etibarlı
İnterpress.az