Salyanda minik avtomobili yük maşını ilə toqquşub, 2 nəfər xəsarət alıb.
İnterpress.az xəbər verir ki, hadisə Ələt-Astara magistral yolunun rayonun Şorsulu kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.
“Mersedes” markalı avtomobil “Kamaz” markalı yük maşınına çırpılıb və yük maşını yoldan çıxaraq aşıb.
Qəza nəticəsində Zaqatala rayon sakini, 1949-cu il təvəllüdlü Ağakərimov Qədir Hüseyn oğlu və Cəlilabad sakini, 1968-ci il təvəllüdlü Gözəlov Famil Məhəmməd oğlu müxtəlif dərəcəli xəsarətlərlə Salyan Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./APA