Şəhid polkovnik-leytenantın anım günüdürbackend

Şəhid polkovnik-leytenantın anım günüdür

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün keçmiş Milli Təhlükəsizlik Nazirliyinin şəhid polkovnik-leytenantı Elşad Quliyevin anım günüdür.

İnterpress.az xəbər verir ki, onun ölümünün onuncu ildönümüdür.

Elşad Vəli oğlu Quliyev 19 dekabr 1972-ci ildə Zəngilan rayonunda həkim ailəsində anadan olub.

1979—1989-cu illərdə Zəngilan şəhər 1 saylı orta məktəbdə orta təhsil alıb.

1990-cı ildə Azərbaycan Texniki Universitetinə qəbul olub. 1995-ci ildə Universiteti bitirmişdir. Bundan sonra MTN-nin həqiqi hərbi xidmət sıralarına qəbul edilir. 1998—2010-cu illərdə baş zabit, bölmə və şöbə rəisi vəzifələrində çalışıb.

İşlədiyi illər ərzində Elşad Quliyev o zamankı milli təhlükəsizlik nazirinin əmri ilə “Azərbaycan Respublikası Milli Təhlükəsizlik orqanlarının 90 illiyi (1919—2009)” və “Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalları ilə təltif olunub.

Qarabağ muharibəsi zamanı torpaqlarımızın mudafiəsində iştirak edib.

1995-ci ildən MTN-nin xususi təyinatli dəstəsində zabit rutbəsi ilə işə başlayıb. Dəfələrlə xüsusi əməliyyatlarda iştirak edib.

2005-ci ildə “İgidliyə görə”, 2006-cı ildə “Qüsursuz xidmətə görə”, 2009-cu ildə “Vətən uğrunda” medalları ilə, ölmündən sonra isə “Azərbaycan Bayrağı Ordeni” ilə təltif olunub.

2012-ci il aprelin 6-da o, MTN-in Gəncədə terror törətməyə hazırlaşan silahlı qruplaşmaya qarşı keçrilən əməliyyat zamanı qəhrəmancasına həlak olub.