Şəhid polkovnikin adına saxta hesab açıb, pul yığırlarbackend

Şəhid polkovnikin adına saxta hesab açıb, pul yığırlar

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Sosial şəbəkələrdə şəhid polkovnik Babək Səmidlinin adından saxta səhifə açılıb.

Turkustan.az xəbər verir ki, bu barədə hərbi bloger Tofiq Şahmuradov məlumat yayıb.

O bildirib ki, saxta səhifə idarəçiləri şəhidlərə ehsan adı altında pul yığırlar:

“Bununla bağlı artıq hüquq-mühafizə orqanlarına şəhidin ailəsi tərəfindən müraciət olunub”.

Qeyd edək ki, Babək Səmidli Vətən müharibəsində Suqovuşanın azadlığı uğrunda gedən döyüşləri idarə edənlərdən biri olub. 2020-ci ilin noyabrında minaya düşərək şəhid olub. Babək Səmidli ölümündən sonra “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib. (axar.az)