Səudiyyə Ərəbistanı iranlı jurnalistləri DEPORTASİYA ETDİbackend

Səudiyyə Ərəbistanı iranlı jurnalistləri DEPORTASİYA ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Səudiyyə Ərəbistanında saxlanılan iranlı jurnalistlər deportasiya edilib.

İnterpress.az xəbər verir ki, bu barədə İRNA agentliyi məlumat yayıb. Bildirilir ki, mayın 21-də Səudiyyə Ərəbistanında saxlanılan İranın İRİB xəbər agentliyinin 6 jurnalisti vətənlərinə deportasiya edilib.

Jurnalistlər müsəlmanların müqəddəs Mədinə şəhərindəki məscidlərdən birində Quran oxunmasını lentə alarkən saxlanılıb. Müxbirlərin Həcc ziyarətini işıqlandırmaq üçün Səudiyyə Ərəbistanına iranlı zəvvarlar tərəfindən göndərildiyi bildirilir.

Qeyd olunur ki, deportasiya olunanlarla yanaşı, mayın 23-də Səudiyyə polisi İranın IRIB və Əl Aləm (İran xəbər agentliyi Mehr) xəbər agentliklərinin iki müxbirini də saxlayıb.

Aprelin 22-də İRNA agentliyi hər biri 85 nəfər olmaqla ilk iki iranlı qrupunun ümrə (kiçik Həcc) üçün son 9 ildə ilk dəfə Səudiyyə Ərəbistanına getdiyini bildirib.

Ər-Riyadla Tehran arasında münasibətlər 2015-ci ilin martında Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiyanın Yəməndə Yəmən husiləri Ənsar Allah təşkilatına qarşı hərbi əməliyyata başlamasından sonra pisləşib.

İran və Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələrin kəsilməsinə səbəb 2016-cı ilin əvvəlində Səudiyyə Ərəbistanının şiə təbliğçisi Nimr əl-Nimrin edam edilməsi, İslam Respublikasında etirazlara səbəb olması və Tehranda SƏ səfirliyinin yandırılması olub.

2023-cü il martın 10-da Çinin vasitəçiliyi ilə ölkələr diplomatik münasibətləri bərpa etmək və səfirliklərin işini bərpa etmək barədə razılığa gəliblər.

Xuraman Etibarlı

İnterpress.az