Slovakiyanın daxili işlər naziri siyasi partiyaya başçı seçildibackend

Slovakiyanın daxili işlər naziri siyasi partiyaya başçı seçildi  

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Slovakiyanın daxili işlər naziri Matuş Şutay-Eştok ölkənin hökumət koalisiyasına daxil olan “Səs – sosial demokratiya” partiyasının sədri seçilib.

İnterpress.az TASS-a istinadən xəbər verir ki, bu barədə Slovakiya televiziyası məlumat yayıb.

Bildirilib ki, daxili işlər nazirinin partiyaya başçı seçilməsi bu siyasi qüvvəyə rəhbərlik edən Peter Pelleqrininin son prezident seçkilərində qalib gəlməsi fonunda baş verib. Belə ki, dövlət başçısı, Slovakiya qanunvericiliyinə görə, siyasi təşkilatların üzvü ola bilməz.

Pelleqrininin andiçmə mərasimi iyunun 15-də baş tutacaq.