Sosioloji Tədqiqatlar Mərkəzi fevralın 7-də keçirilmiş preZident seçkiləri ilə bağlı keçirdiyi “exit-poll”un nəticələrini açıqlayıb.
Bununla bağlı keçirilən mətbuat konfransında Mərkəzin nümayəndəsi Natalya İsayeva “exit-poll”un xüsusi hazırlanmış proqram əsasında aparıldığını bildirib. Qeyd edib ki, “exit-poll” 25 seçki dairəsi üzrə 125 seçki məntəqəsində keçirilib. Sorğulara 5012 respondent cəlb olunub. Onların 24 faizi Bakı şəhəri, 7, 9 faizi Gəncə, Sumqayıt şəhərlərini əhatə edir. 44,3 faizi isə kənd sakinləri olub.
“Exit-poll”un nəticələri belədir:
İlham Əliyev – 92, 4 faiz;
Zahid Oruc – 2,2 faiz;
Fazil Mustafa – 2 faiz;
Qüdrət Həsənquliyev – 1,6 faiz;
Musayev Elşad – 0,8 faiz;
Fuad Əliyev – 0,4 faiz;
Razi Nurullayev – 0,3 faiz.