Stoltenberq İsveç və Finlandiyanı PKK ilə mübarizədə Türkiyə ilə əməkdaşlığa çağırıbbackend

Stoltenberq İsveç və Finlandiyanı PKK ilə mübarizədə Türkiyə ilə əməkdaşlığa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İsveç və Finlandiya terrorizmlə mübarizə qanunlarını sərtləşdirməli, həmçinin terrorçuluq və PKK kimi terror təşkilatları ilə mübarizədə NATO, o cümlədən Türkiyə ilə əməkdaşlığı genişləndirməlidir.

Bu barədə noyabrın 20-də NATO-nun Baş katibi Yens Stoltenberq SVT telekanalına müsahibəsində bildirib.

“Antiterror qanunvericiliyinin sərtləşdirilməsi, terrorçuluqla mübarizədə əməkdaşlığın artırılması və silah ixracına qoyulan məhdudiyyətlərin aradan qaldırılması vacibdir. Türkiyə üçün bu vacibdir, çünki Türkiyə NATO-nun terror hücumlarından ən çox zərər çəkmiş ölkəsidir və bu səbəbdən narahatdır. Bu, mütənasib olmalıdır, lakin Türkiyənin terror hücumlarına qarşı özünümüdafiə haqqı var”, – Alyansın rəhbəri vurğulayıb.

Stoltenberq İsveç və Finlandiyanın üzvlük ərizələrinin ratifikasiyasının uzun müddət çəkməsini “normal” adlandırıb. O vurğulayıb ki, 30 üzv dövlətdən 28-i artıq bunu edib: “Bu dəfə hər şeyin belə sürətlə getməsi normal deyil”.

Qeyd edək ki, mayın 18-də Finlandiya və İsveç Rusiyanın Ukraynaya hərbi təcavüzü fonunda Alyansa qoşulmaq üçün NATO-nun Baş katibinə ərizə təqdim ediblər. Əvvəlcə Türkiyə bu müraciətlərə baxılması prosesinin başlamasını dəstəkləməsə də, iyunun 29-da Türkiyə, İsveç və Finlandiya Ankaranın bütün narahatlıqlarını nəzərə alan təhlükəsizlik memorandumu imzalayıblar. Lakin noyabrın 8-də Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğu Skandinaviya ölkələrinin NATO-ya üzvlük yolunda Türkiyə qarşısında götürdükləri öhdəliklərin hamısını hələ yerinə yetirmədiyini açıqlayıb.