Alyaskada strimer canlı yayım zamanı az qala ayının hücumuna məruz qalıb.
İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan görüntülər və strimerin açıqlaması əsasında məlumat yayılıb.
Alyaskada canlı yayım edən strimerin yanından cəmi bir neçə metr məsafədən qonur ayı keçib. Heyvan daha sonra çaya yaxınlaşaraq qızılbalıq ovlamağa başlayıb.
Hadisə zamanı strimer və yanındakı şəxs ayının yaxınlığında olublar. Gənc daha sonra etiraf edib ki, həmin an bunun onun üçün son olduğunu düşünüb.
Ayı insanlara hücum etmədən ərazidən uzaqlaşıb və ovuna davam edib.
Xuraman Etibarlı
İnterpress.az






