“Rusiya sülhməramlıları Azərbaycana məxsus faydalı qazıntı yataqlarının qanunsuz istismarına göz yumur”.
Bu fikirləri İnterpress.az-a açıqlamasında Türkiyədə yaşayan ictimai fəal, jurnalist Natiq Çıraqzadə bildirib.
İctimai fəal söyləyib ki, Xankəndi-Laçın yolunda Azərbaycanın faydalı qazıntı yataqlarının qanunsuz istismarına 100 gündən artıqdır öz haqlı etirazlarını bildirən və dünya ictimaiyyətinin diqqətini cəlb edən azərbaycanlı ekofəallar, eyni zamanda Rusiya sülhməramlılarını da öz vəzifələrini dürüstcə yerinə yetirməyə çağırır:
“Bu çağırışlara bizi qane edən cavab verilmədiyi təqdirdə, rusiyalı sülhməramlıları öz məmləkətlərinə geri göndərməyin yollarını da yaxşı bilirik”.