Almaniya polisi həmkarlar ittifaqının sədr müavini qaçqının döyülməsi ittihamlarından sonra istefa verib.
İnterpress.az xəbər verir ki, bu barədə Almaniya Federal Polis Həmkarlar İttifaqının sədr müavini Sven Huber açıqlama yayıb.
Sven Huber keçmiş Almaniya Demokratik Respublikasının sərhəd qoşunlarında xidməti ilə bağlı, o cümlədən ölkədən qaçmağa çalışan şəxsin döyülməsi barədə ittihamların fonunda vəzifəsindən istefa verib.
Huber ona qarşı səsləndirilən iddiaları “ləkələyici və böhtana yaxın” adlandırıb. O, özü haqqında yayılan məlumatlarla bağlı məhkəmə proseslərinə başladığını bildirib.
Huberin sözlərinə görə, istefa qərarını qalmaqalın həmkarlar ittifaqının fəaliyyətinə daha çox zərər vurmaması üçün qəbul edib.
O, bütün rəhbərlik səlahiyyətlərini dərhal təhvil verəcəyini açıqlayıb.
Xuraman Etibarlı
İnterpress.az






