TƏCİLİ: Bakıda polisləri güllələyən şəxsə öldü – FOTObackend

TƏCİLİ: Bakıda polisləri güllələyən şəxsə öldü – FOTO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2014-cü ildə Bakıda 2 nəfəri gülləyərək öldürən, daha 2 şəxsi isə odlu silahla yaralayan Gülağa Lətifov həbsxanada vəfat edib.

İnterpress.az xəbər verir ki, “Qafqazinfo”nun məlumatına görə, həmin cinayətə görə ömürlük azadlıqdan məhrum edilmiş G.Lətifov Penitensiar Xidmətin Müalicə Müəssisəsində uzun sürən xəstəlik səbəbindən ölüb.

Qeyd edək ki, əvvəllər məhkumluq həyatı yaşamış Gülağa Lətifov 2014-cü il fevralın 23-də saat 20:00-da Sabunçu qəsəbəsindəki 68 saylı orta məktəbin ərazisində qanunsuz kafe tikmək istəyərkən münaqişə baş verib. Bu zaman o, qonşuluqda yaşayan Fərid Qədirova, Akif Nəzərova, Yusif Alpaşayevə və Asif Nəzərova odlu silahdan atəş açaraq hadisə yerindən qaçıb. Fərid Qədirov və Yusif Alpaşayev ölüb, Akif və Asif Nəzərovlar isə ağır yaralanıblar.

Hadisə zamanı güllə yarası alan Akif Nəzərov Suraxanı Rayon Polis İdarəsinin rəis müavini, Akif Nəzərovun oğlu Asif Nəzərov isə Sabunçu Rayon Polis İdarəsi 12-ci polis bölməsinin əməkdaşı olub.

Bu hadisədən 7 il sonra isə, daha dəqiq desək ötən ilin noyabrında Gülağa Lətifovun oğulları – Rahib, Ramil və Qorxmaz Lətifov qardaşları Sabunçu qəsəbəsi, Müqtədir Aydınbəyov küçəsi: 41 ünvanında yerləşən kafenin qarşısında bıçaqla Fərid Əliyev və İrşad Əliyev adlı şəxsləri bıçaqlayıblar. Nəticədə 21 yaşlı Fərid ölüb, onun dostu İrşad isə xəstəxanaya yerləşdirilib.

G.Lətifovun oğulları hazırda həbsdədir.