Tehranın İrəvan sevgisi: “Bakının Zəngəzur dəhlizi tələblərini sıradan çıxarmağa çalışır”backend

Tehranın İrəvan sevgisi: “Bakının Zəngəzur dəhlizi tələblərini sıradan çıxarmağa çalışır”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Molla rejimi Ermənistanla Azərbaycan arasında hər an başlaya biləcək bir gərginlik qarşısında İrəvanın və dolayı yolla separatçıların hazır olmasını istəyir”.

Bu sözləri İranın Azərbaycanın güclənməsinə, regionda söz sahibi olmasına sərgilədiyi münasibətə toxunan politoloq Turan Rzayev İnterpress.az-a açıqlamasında deyib.

O, qeyd edib ki, Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsini həzm edə bilməyən Tehran rejiminin Ermənistana hərbi, iqtisadi və siyasi yardımları əsirgəmir:

“Molla rejiminin anti-Azərbaycan siyasəti və Ermənistanla sıx hərbi əməkdaşlığı hazırda da davam edir. Aydın məsələdir ki, İranın Ermənistanı silahlandırması birbaşa bu ölkənin ali dini lideri Ayətullah Əli Xameneinin xeyir-duası ilə gerçəkləşir. Əli Xamenei təkcə Ermənistana raket, silah-sursat göndərilməsinə xeyir-dua verməyib, bu silahları istifadə edəcək kadrları yetişdirmək üçün xüsusi mütəxəssislər də göndərib. Noyabrın 24-dən 30-dək rusiyalı sülhməramlıların postundan Qarabağ ərazisinə iki qrup halında 27 nəfər İran vətəndaşı daxil olub. İranlı mütəxəssislər Qarabağa diqqət çəkməmək üçün məhz iki qrup halında gətirilib. Lakin hər iki qrupu gətirən şəxsin Ermənistan vətəndaşı Yura Baqdasaryan olması bu iki qrupun bir-biri ilə bağlı olduğunu və eyni tapşırıq ilə gəldiyini təsdiqləyir.

İran ali dini lideri Əli Xameneinin xeyir-duası ilə həyata keçirilən bu işlər həm də onun növbəti qanlı planının bir parçasıdır. Molla rejimi Ermənistanla Azərbaycan arasında hər an başlaya biləcək bir gərginlik qarşısında İrəvanın və dolayı yolla separatçıların hazır olmasını istəyir. Xamenei 44 günlük Vətən müharibəsində Azərbaycan ordusu qarşısında tab gətirə bilməyən Ermənistanın növbəti gərginlik zamanı daha güclü olmasını, beləliklə, Azərbaycan ordusunu həm yormasını, həm də mümkün dərəcədə daha çox itkilərə məruz qalmasını istəyir. Tehran İrəvanı gücləndirərək, Bakının Zəngəzur dəhlizi tələblərini də sıradan çıxarmağa çalışır. Zəngəzur dəhlizi məsələsində “qırmızı xətt” ifadəsini ilk işlədənlərdən biri məhz İran ali dini lideri Əli Xamenei olub”.