Tənzilə Rüstəmxanlı: “Türkiyənin Azərbaycana dəstək verməsinə başqa don geyindirənlər…”backend

Tənzilə Rüstəmxanlı: “Türkiyənin Azərbaycana dəstək verməsinə başqa don geyindirənlər…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Türkiyənin Azərbaycana dəstək verməsinə başqa don geyindirənlər varsa, bunun adı xəyanətdir”“Türkiyənin Azərbaycana dəstək verməsi, hər zaman yanımızda olması heç kimdə təəccüb doğurmamalıdır”.

 
Bunu “Azəri-Türk” Qadınlar Birliyinin sədri Tənzilə Rüstəmxanlı deyib.

T.Rüstəmxanlı bildirib ki, 1918-ci ildə rus və erməni birlikləri Azərbaycanda qətliam həyata keçirirdilər. O vaxt Azərbaycan hökuməti Osmanlıya müraciət edərək yardım istəmişdi: “100 il öncə Nuru Paşanın rəhbərlik etdiyi Qafqaz İslam Ordusu Azərbaycana köməyə gəlmişdi. Çünki Cümhuriyyətlə Osmanlı arasında anlaşma var idi. Türkiyənin Azərbaycana dəstəyi təbiidir. Aramızda qardaşlıq bağı var, eyni millətik. Türkiyə Azərbaycan torpaqlarının işğalına görə, ermənilərlə sərhəddi bağlayıb, bütün əlaqələri kəsib. Rəsmi Ankara dəfələrlə bəyan edib ki, işğalçı Ermənistan Qarabağdan çəkilməyənə qədər sərhədlər açılmayacaq. Qardaş Türkiyə Azərbaycana bu qədər dəstək verib, indi də verir, bundan sonra da verəcək”.

Birlik sədri bildirib ki, Türkiyə böyük dövlətdir, türk dünyasının başıdır: “Amma bizə münasibətləri tamam başqadır. Bizim qədər ortaqlığımız var, ortaq tariximiz və acılarımız var. Türkiyənin Azərbaycana dəstək verməsinə başqa don geyindirənlər varsa, bunun adı xəyanətdir. Onlar vətən xainləridir. Əfsuslar ki, içimizdə o düşüncədə adamlar var. Aramızda Rusiyanın və İranın yetişdirdiyi o qədər radikal qüvvələr var ki, onlar hər fürsətdə Türkiyə ilə qardaşlıq bağımızı zədələməyə çalışırlar. Ancaq buna nail ola bilməyəcəklər”.(sherg.az)