Trampın oğlu Ukraynaya hərbi yardımı dayandırmağa çağırıbbackend

Trampın oğlu Ukraynaya hərbi yardımı dayandırmağa çağırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı iş adamı və ABŞ-ın keçmiş prezidenti Donald Trampın böyük oğlu kiçik Donald Tramp sosial şəbəkədə Ukrayna raketinin Polşaya düşməsi ilə əlaqədar Ukraynaya hərbi yardımı dayandırmağa çağıran qısa paylaşım edib.

“NATO-dakı müttəfiqimiz Polşanı vuran Ukrayna raketi olduğuna görə, heç olmasa indi onları silahlandırmaq üçün milyardlarla vəsait xərcləməyi dayandıra bilərikmi?” – deyə kiçik Tramp yazıb.

Qeyd edək ki, eks-prezident Donald Trampın təmsil etdiyi Respublikaçılar Partiyası daxilində müəyyən qrup Ukraynaya hərbi yardımın azaldılmasına tərəfdardır.

Mənbə: mk.ru