Tülkü qovarkən çuxurda sıxışan it xilas edildibackend

Tülkü qovarkən çuxurda sıxışan it xilas edildi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İtaliyanın Piza şəhərində tülkü arxasınca qaçan kiçik cins it torpaqdakı dar dəliyə ilişib. Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir. Bədbəxt it yanğınsöndürənlərin uzun saatlar ərzində apardığı iş nəticəsində xilas edilib. İtalyan yanğınsöndürmə briqadası Piza şəhərində sahibinin xəbərdarlığı əsasında kiçik cins Dachshund itini saatlarla işdən sonra ilişib qaldığı çuxurdan xilas edib.

Yanğınsöndürmə briqadasından bildirilib ki, yanvarın 31-də baş verən hadisədə balaca it tülkü qovub, tülkünün arxasınca düşüb, yerdəki kiçik çuxura girib və orada ilişib qalıb.

Yanğınsöndürənlər qazıntı vasitəsi ilə torpağı qazaraq balaca itə çatıb və it sahibinə təhvil verilib.

Tülkünün genişlənən çuxurdan çıxaraq meşəyə qaçdığı bildirilib.