Tünzalədən Faiq Ağayevə: “Özəl səbəblərim var”backend

Tünzalədən Faiq Ağayevə: “Özəl səbəblərim var”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xalq artisti Tünzalə Ağayeva illərdir küsülü olduğu Faiq Ağayevin onun ünvanına dediyi təriflərə cavab verib.

İnterpress.az xəbər verir ki, Tünzalə bu haqda “Şourum”a açıqlamasında danışıb. O, həmkarının barışıq addımına müsbət reaksiya verib:

“Çox xırdalıqlara girmək istəmirəm, buna özəl səbəblərim var. İncəsənət nümayəndələri, böyük dahilər arasında böyük rəqabət, düşmənçilik olub. Amma dost və bir-birinə hörmət edənlər olub. İstəyərəm müsbətlərimiz çoxalsın. Müsbət danışan sənət dostlarıma hörmət bəsləyir və sayqıya-sayqı ilə cavab verirəm. Heç kim bir-birini çox istəməyə məcbur deyil. Amma sahənin inkişafı üçün hansısa münasibətə ehtiyac var. Təşəkkür edirəm, çox sağ olsun”.

Qeyd edək ki, F.Ağayev Tünzalənin ünvanına “Mənim gözümün qabağında səhnəyə gəlib. O gündən indiyə oxuma tərzi, səsi yadımda qalıb. Tünzalə gələndə mən “Bakı payızın”da münsif idim. Yaxşı, maraqlı, özünəməxsus müğənni idi. Səhnəyə hər keyfiyətli musiqi ifa edən müğənni gələndə sevinirsən” sözlərini söyləyib.

Hər iki ifaçı illərdir küsülüdür. (axsam.az)