Türk diplomatını öldürmüş terrorçu Ermənistandadırbackend

Türk diplomatını öldürmüş terrorçu Ermənistandadır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

1982-ci ildə Türkiyənin Los-Ancelesdəki konsulu Kamal Arıkanı qətlə yetirməkdə təqsirli bilinən və vaxtından əvvəl azadlığa buraxılmış Ambik Sasunyan Ermənistana gəlib.

bu barədə Daşnaksütyun partiyasının ABŞ nümayəndəliyi məlumat yayıb.

“Sizə Ermənistandan yazmaqdan məmnunam. Təxminən 40 ildən sonra öz vətənimə səfər etmək, doğma vətənin suyunu içmək, havasını udmaq və ailə hərarətini hiss etmək şərəfinə nail oldum”, – deyə Ambik Sasunyan sosial şəbəkə hesabında yazıb.

Xatırladaq ki, Ambik Sasunyan “Erməni soyqırımı ilə bağlı ədalət mübarizləri” qrupunun üzvü olub. (yenisabah.az)

Türk diplomatını öldürmüş terrorçu Ermənistandadır