Türkiyə XİN Livandan İsrailə gedərkən itkin düşmüş vətəndaşlarını AXTARIRbackend

Türkiyə XİN Livandan İsrailə gedərkən itkin düşmüş vətəndaşlarını AXTARIR

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Türkiyə Xarici İşlər Nazirliyi Livandan qeyri-qanuni yollarla İsrailə keçməyə cəhd edən itkin düşmüş vətəndaşların taleyi ilə bağlı danışıqlar aparır.

İnterpress.az xəbər verir ki, Türkiyə Xarici İşlər Nazirliyi Livandan İsrailə qeyri-qanuni tranzit keçməyə cəhd edərkən itkin düşən 3 Türkiyə vətəndaşının taleyi ilə bağlı müvafiq orqanlarla fəal danışıqlar apardığını açıqlayıb.

İdarədən verilən açıqlamada məsələnin yaxından izlənildiyi və itkin düşənlərin ailələrinə vəziyyətlə bağlı mütəmadi olaraq məlumat verildiyi bildirilib.

Üç Türkiyə vətəndaşı – Sezer Özdemir, Çınar Alp Baydenk və Hüseyn Kaya yanvarın 11-də Livandan İsrailə keçmək istəyərkən itkin düşüblər.

Türkiyə mətbuatının yazdığına görə, onlar “ölkədəki işdən qalan borclarını ödəmək” üçün İsrailə yollanıblar. Sezer Özdemirin son mesajında ​​“pilotsuz uçan aparatlar”la bağlı məlumatlar yer alıb. Bundan sonra onlarla əlaqə kəsilib.

Özdəmirin ailəsi Türkiyə rəsmilərindən itkin düşənlərin tapılmasına köməklik göstərməyi xahiş edib.

Xuraman Etibarlı

İnterpress.az