Aydının Samos adasında günorta saatlarında başlayan meşə yanğını nəzarət altına alına bilməyib.
İnterpress.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb. Bildirilir ki, Aydın şəhərinin Kuşadası rayonu ilə üzbəüz Samos adasında dünən günorta saatlarında başlayan yanğının qarşısını almaq mümkün olmayıb.
Yanğın güclü külək səbəbindən sürətlə yayılır.
Bəzi evlərin boşaldıldığı və yaxınlıqdakı adalardan kömək istəndiyi bildirilir.
Xuraman Etibarlı
İnterpress.az