Türkiyənin təhsil naziri, professor Yusuf Tekin yanvarın 30-31-də Azərbaycanda səfərdə olacaq.
İnterpress.az xəbər verir ki, bunu nazir “Report”un Ankara bürosuna müsahibəsində deyib.
O bildirib ki, səfər çərçivəsində Azərbaycanın elm və təhsil naziri Emin Əmrullayev və digər rəsmi şəxslərlə görüşəcək.
“Səfər zamanı iki ölkə arasında təhsil sahəsində əlaqələrin inkişafını müzakirə edəcəm, məktəblərə baş çəkəcəm və müəllimlərlə görüşəcəm”, – nazir söyləyib.
Türkiyənin təhsil naziri Y.Tekinin “Report”a geniş müsahibəsi gün ərzində yayımlanacaq.