Ucarda ev yanıbbackend

Ucarda ev yanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ucarda ev yanıb. İnterpress.az-ın xəbərinə görə, hadisə rayonun Küçəkənd kəndində qeydə alınıb. Kənd sakini, 1951-ci il təvəllüdlü Böyükxanım Məmmədovaya məxsus 1 mərtəbəli 4 otaqdan ibarət, ümumi sahəsi 72 kvadrat olan evdə güclü yanğın baş verib. Hadisə yerinə FHN-in Ucar Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Hadisə zamanı evin 30 kvadrat metri əşyaları ilə birlikdə yanıb.

Yanğın söndürülüb. Hadisə zamanı ölən və xəsarət alan olmayıb. Yanğının elektrik naqillərində baş verən qısaqapanma nəticəsində baş verdiyi ehtimal edilir.

Fakt araşdırılır.

 

İnterpress.az