UEFA Çempionlar Liqası: “Qarabağ” darmadağınla növbəti mərhələyə yüksəldi – YENİLƏNİBbackend

UEFA Çempionlar Liqası: “Qarabağ” darmadağınla növbəti mərhələyə yüksəldi – YENİLƏNİB

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Qarabağ” bu gün Çempionlar Liqasının II təsnifat mərhələsində cavab oyununa çıxıb.

İnterpress.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Tofiq Bəhramov adına Respublika stadionunda Cəbəllütariqin “Linkoln” komandası ilə qarşılaşıb. Qarşılaşma 5:0 “Qarabağ”ın xeyrinə qurtarıb.

Qarabağ – Linkoln (Cəbəllütariq) 5:0 (İkinci hissə)

Qol: Juninyo, 17, 31, 44. Benzia, 66. Andrade, 72

***

 20:26

Bakıda “Qarabağ” və Cəbəllütariqin “Linkoln” komandaları arasında keçirilən UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab matçı başlayıb.

İnterpress.az xəbər verir ki, artıq oyunda hesab açılıb. Azərbaycan çempionunun heyətində 17-ci dəqiqədə Olavio Juninyo fərqlənib.

Qeyd edək ki, səfərdəki oyunda Azərbaycan təmsilçisi qələbə qazanıb – 2:0.