Ukrayna üçün ən optimal variant minimum ziyanla müqavilə bağlamaqdır – ŞƏRHbackend

Ukrayna üçün ən optimal variant minimum ziyanla müqavilə bağlamaqdır – ŞƏRH

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Avropa və Ukrayna Rusiyaya qarşı sanksiyaların tədricən yumşaldılmasına icazə verib. “Davamlı sülh əldə olunarsa”, sanksiyalar tədricən yumşaldılacaq.

Aİ və Kiyev belə bir təkliflə sənədi Amerika tərəfinə təqdim edib. Avropa Kiyevin təhlükəsizliyinə ilkin zəmanət verəcək və Kiyev NATO-ya üzv olmayacaq.

Həmçinin Krımın de-yure tanınması və de-fakto Rusiyanın nəzarəti altında olan dörd yeni rayonun əraziləri daxildir. ABŞ Xarkov vilayətindəki ərazilərin Ukraynaya qaytarılmasını təklif edir.

Mövzunu İnterpress.az-a açıqlamasında konfliktoloq Elman Vəliyev şərh edib.

“Müharibə artıq dalana dirənib. Uzanması bütün iştirakçılara sərf etmir. Hər iki tərəf müharibədən yorulub.

Ukraynanın bu situasiyada edə biləcəyi ən optimal variant minimum ziyanla müqavilə bağlamaqdır.

Ehtimallarım belədir:

Rusiyanın tutduğu bölgələr əlində qalacaq. Amerika resursları böləcək.

Ukrayna NATO yolunda çox büdrəyəcək. AB Ukraynaya sülhməramlılar yerləşdirə bilər və qarant ölkə olacaq. Və Ukrayna təzminat tələb edə bilər”, – konfliktoloq bildirib.

Xuraman Etibarlı

İnterpress.az