Ukraynada deputat taksidə ölü tapıldıbackend

Ukraynada deputat taksidə ölü tapıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynada Ali Radanın deputatı, 33 yaşlı Anton Polyakov ölü tapılıb.

“Bu gün, oktyabrın 8-də, Kiyev polisi Ukrayna millət vəkili Anton Polyakovun paytaxtın Dnepr rayonunda ölü tapıldığı barədə məlumat aldı”, – deyə polis idarəsindən bildirilib.

Məlum olub ki, o taksidə gedərkən halı pisləşib. Təcili yardım həkimləri millət vəkilinin həyatını xilas edə bilməyiblər.

Hadisə barədə araşdırma aparılır.

Xatırladaq ki, bir il əvvəl Polyakov Kiyevdə döyülmüşdü.