Ukraynada parlayan kinorejissor soydaşımız: Azərbaycan haqqında film çəkməyi düşünürəmbackend

Ukraynada parlayan kinorejissor soydaşımız: Azərbaycan haqqında film çəkməyi düşünürəm

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Həkimlikdən kinorejissorluğa gedən yol. Bu yolu Ukraynada yaşayan soydaşımız İlqar Axundov seçib. Kiyevdə doğulub böyüyən İlqar kinorejissorluq sahəsində iddiasını ortaya qoyaraq ulduza çevrilmək istəyir. Bu istək azərtac-ın suallarını cavablandırarkən daha aydın hiss olunurdu. Amerikanın “Palm Springs” film festivalının iştirakçısı olan soydaşımızla bu mövzuda söhbətimiz maraqlı alındı.

Onun sözlərinə görə, Kiyevdə orta məktəbi bitirdikdən sonra Tibb Universitetinin Stomatologiya fakültəsinə daxil olub. Ancaq daxilindəki yaradıcılıq eşqi onu həkimlikdən uzaqlaşdırıb. “İnstitutda 4-cü kursda oxuyarkən öz səyahətlərimin videosujetini hazırlamağa başladım. Bu mənim çəkilişdə və videomontaj işimdə ilk təcrübəm oldu. Bundan sonra kinorejissorluq sahəsində özümü tapacağıma inamım artdı. Bu istiqamətdə mütaliə, videodərslər, kino, mühazirə gündəlik həyat tərzimə çevrildi. Bir müddətdən sonra kommersiya xarakterli videoçəkilşlərlə bağlı təkliflər gəldim, bu arada ilk videoklip çəkilişini gerçəkləşdirdim”, – deyə İlqar Axundov əlavə edib.

Soydaşımız qeyd edib ki, özünü həkimlikdə yox, kinorejissorluqda tapandan sonra Ukrayna Film Məktəbinə (Ukrainian Film School) daxil olub. İlk işi olan “Desert” qısametrajlı film uğurlu alınıb. Bu film bir neçə festivallarda nümayiş edilib. Sonra “Xəyallardakı oyunlar” (“İqrı v snı”) tammetrajlı filmini çəkib.

Artıq ilyarımdır ki, Dubayda rejissor-operator kimi çalışdığını deyən İ.Axundov Azərbaycan haqqında film çəkmək arzusunda olduğunu da gizlətməyib. “Bir neçə il əvvəl bir film üçün çox maraqlı ideya var idi. Burada Azərbaycan ailəsinin gündəlik həyatından bəhs edilir. Baş qəhrəman isə xoşbəxtlik axtarışı ilə macəra dolu həyatı olan oğlandır. Bu film orijinallığı ilə yalnız Azərbaycanda çəkilə bilər. Azərbaycan haqqında film çəkməyi düşünürəm”.

İ.Axundov bildirib ki, Amerika futbolu haqqında çəkilişdən sonra onu Dubayda çalışmağa dəvət ediblər.

Soydaşımız “Oskar” festivalında iştirak etməyi qarşısına məqsəd qoyduğunu da vurğulayıb. “Oskar”a layiq filmin çəkilişi üçün güclü və orijinal ssenariyə ehtiyac olduğunu deyən İ.Axundov bu istiqamətdə axtarışlarını davam etdirəcəyini bildirib.

https://www.youtube.com/watch?v=9OGkUB-M8lw&feature=youtu.be

https://www.youtube.com/watch?v=9IYwmC3PCdI&feature=youtu.be​

Emil Hüseynli

 

İnterpress.az