Ukrayna Donbasdakı konfliktin güc yoluyla həlli ssenarisinə hazırlaşmalıdır.
Bunu Ukrayna ordusunun Baş Qərargah rəisinin keçmiş müavini İqor Romanenko deyib.
“Hazırda Donbasda döyüş fəaliyyətləri aşağı intensivlikdədir, amma Azərbaycan-Ermənistan toqquşmasının nümunəsini göstərmək istəyirəm. Onlar da 30 il Minsk Qrupunda danışıqlar apardılar. Orada konflikt intensiv deyildi, amma keçən il o, lokal müharibəyə qədər qalxdı. Ukrayna da buna hazırlaşmalıdır”, – deyə o bildirib.