Rusiya universitetləri 2026-cı il sentyabrın 1-dən yeni ali təhsil sisteminə keçəcək.
İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb. Bildirilir ki, Rusiya universitetləri 2026-cı il sentyabrın 1-dən yeni ali təhsil sisteminə keçəcək.
Bakalavr pilləsi yox olacaq, əvəzində ali təhsilin iki səviyyəsi olacaq: əsas və ixtisas.
Əsas hazırlığın müddəti dörd ildən altı ilədək, ixtisaslaşdırılmış təhsil üçün isə bir ildən üç ilədək olacaq.
Magistratura qalacaq, amma çox şey dəyişəcək.
Təhsil və Elm Nazirliyindən verilən məlumata görə, cari təhsil proqramları üzrə təhsil alan tələbələr dəyişikliksiz məzun ola biləcəklər.
Xuraman Etibarlı
İnterpress.az