Elm adamları ürək dayanmasını baş verməzdən iki həftə əvvəl proqnozlaşdıran neyroşəbəkə hazırlayıblar.
İnterpress.az xəbər verir ki, sistem müxtəlif ölkələrdən 240 min EKQ üzərində təlim keçib və indi aritmiyanın ən kiçik əlamətlərini belə tanıya bilir.
Bu, müalicəyə vaxtında başlamağa və xəstələrin təxminən 70%-nin həyatını xilas etməyə imkan verəcək.
Gələcəkdə bu texnologiyanın smart saatlara inteqrasiyası planlaşdırılır ki, hər bir insan real vaxt rejimində ürəyinin vəziyyətini izləyə bilsin.
Xuraman Etibarlı
İnterpress.az