Uşaqlara peyvənd vurulma zamanı gəlib? – Həkim-terapevtdən AÇIQLAMAbackend

Uşaqlara peyvənd vurulma zamanı gəlib? – Həkim-terapevtdən AÇIQLAMA

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bu gün 18 yaşına çatmamış şəxslərin peyvənd edilməsinə xüsusi ehtiyac yoxdur.

Bu sözləri həkim-terapevt Nabatxanım Xəlilova Media.Az-a müsahibəsində deyib.

O bildirib ki, ÜST (Ümumdünya Səhiyyə Təşkilatı) qismən uşaqların koronavirusa qarşı peyvənd edilməsi məsələsinə toxunub.

“Fakt budur ki, xroniki xəstəlikləri olan və risk qrupuna daxil olan uşaqlar var. Bəzi ölkələrdə 12 yaşdan yuxarı uşaqların “Pfizer”lə vaksinasiyası müzakirə edilib. Ancaq mən hesab edirəm ki, ölkəmizdə hələ ki, 18 yaşınadək insanlara peyvənd vurulmasına ehtiyac yoxdur, çünki uşaqlar xəstəliyi yüngül formada keçirirlər”, – deyə həkim qeyd edib.