Vilayət Eyvazov qazi atasına yüksək vəzifə verdibackend

Vilayət Eyvazov qazi atasına yüksək vəzifə verdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Daxili İşlər orqanlarında yeni təyinat olub.

Bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis mayoru Qubad Qasımov Gəncə Şəhər Baş Polis İdarəsinin Nizami Rayon Polis İdarəsinin İctimai Təhlükəsizlik Bölməsinə rəis təyin olunub.

Qeyd edək ki, Q.Qasımovun oğlu Musa Qasımzadə 44 günlük Vətən müharibəsi qazisidir.

Ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə M.Qasımzadə “Qubadlının işğaldan azad olunmasına görə”, “Cəbrayılın işğaldan azad olunmasına görə” və “Hərbi Xidmətlərə” görə medalları ilə təltif edilib.

 

 

İnterpress.az