Hollandiyada keçirilən ümumi seçkinin qalibi, anti-islamçı Geert Wilders tərəfindən koalisiya variantlarını qiymətləndirmək üçün təyin edilən Qom van Strien, ona qarşı irəli sürülən korrupsiya iddiaları səbəbiylə istefasını təqdim edib. Bu barədə İnterpress.az xarici mediaya istinadən xəbər verir. Hollandiya mətbuatının yazdığına görə, van Strien istefa vermək qərarına gəlib, çünki ona qarşı korrupsiya ittihamları ilə bağlı həftəsonu yayılan xəbərlər onun mövqeyinə kölgə salıb.
Van Strienin əvvəllər işlədiyi Utrext Universiteti və UMC Utrext Xəstəxanası 2009-cu ilə qədər şirkətin direktoru olmuş siyasətçiyə qarşı dələduzluq və rüşvət ittihamı irəli sürüb.
Hollandiyada ən çox səs toplayan partiyanın lideri mümkün koalisiya ssenarilərini araşdırmaq üçün təcrübəli siyasətçi təyin edir.
Azadlıq Partiyasının (PVV) lideri Vilders noyabrın 22-də keçirilən seçkilərdə qələbə qazandıqdan sonra van Ştireni noyabrın 24-də öz partiyasından təyin edib.
Van Strien bu gün seçkilərdə üçüncü olan Azadlıq və Demokratiya Xalq Partiyasının (VVD) lideri Dilan Yeşilgöz-Zegerius ilə görüşməli idi.
Son vəziyyətə görə, Vildersin yeni adam təyin etməsi lazımdır.
İfrat sağçı Vildersin gözlənilməz qələbəsi çətin koalisiya imkanları gətirdi. Ekspertlər bildirirlər ki, Hollandiyada hökumətin qurulması aylar çəkəcək.