Vladimir Putin Ukraynanın işğal edilmiş ərazilərini “tarixi Novorossiya torpaqları” adlandırıbbackend

Vladimir Putin Ukraynanın işğal edilmiş ərazilərini “tarixi Novorossiya torpaqları” adlandırıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Novorossiyanın (hərfi tərcümədə “Yeni Rusiya” – red.) tarixi torpaqları artıq Kiyev rejiminin boyunduruğu altında qalmaq istəmir. Zaporojye, Xerson və Donbas sakinləri banderaçıların varislərinin əhaliyə münasibətdə repressiyalarını görürlər”.

Bunu Rusiya Prezidenti Vladimir Putin xalqa müraciətində deyib.

Eyni zamanda, dövlət başçısı Ukraynanın işğal edilmiş ərazilərində – Xerson, Zaporojye, Donetsk və Luqansk vilayətlərində “referendum”un təhlükəsizliyini təmin etməyi tapşırıb.