Qəzza zolağında baş verənlər fonunda Amerika mətbuatında bir iddia diqqət çəkib.
Bu barədə interpress.az xarici mediaya istinadən xəbər verir.
“Washington Post” qəzeti yazıb ki, ABŞ Konqresin razılığı olmadan İsrailə bildirdiyindən qat-qat çox silah verib. ABŞ Qəzza zolağında qırğınlar törədən İsrailə silah dəstəyi verir.
Amerikanın “Washington Post” qəzetində ABŞ-ın dəstəyi ilə bağlı diqqətçəkən iddia yer alıb.
Buna görə Bayden administrasiyası İsrailə bildirdiyindən qat-qat çox silah göndərir.
O, Konqresin icazəsi olmadan silah satır.
Səbəb planın ABŞ Konqresində təsdiqlənməyəcəyi və Amerika ictimaiyyətinin reaksiyasının artacağı ehtimalıdır.
Xəbərdə iddia edilib ki, Bayden administrasiyası Konqres üzvlərini gizli toplantıda məsələ ilə bağlı məlumatlandırıb.
Qeydə alınanlardan 100 ədəd çox silah satılıb
ABŞ-ın dövlət qeydlərində qeyd olunan 573 milyon dollarlıq tədarükü ilə yanaşı, İsrailə daha 100 ədəd silah satdığı bildirilib.
Bu satışa dəqiq idarə olunan döyüş sursatları, kiçik çaplı bombalar, nüfuz edən bombalar və bir çox başqa silahlar daxildir.
Hətta İsrailə verilən bəzi silahların növünün belə gizli saxlanıldığı iddia edilir.
Ağ Ev məsələ ilə bağlı sualları cavablandırmaqdan imtina edib. O, İsraili dəstəkləməyə davam edəcəkləri mesajını verib.
Lakin Vaşinqtonda etirazlar artır.
Demokratlar Partiyasının konqresmeni Xoakin Kastro Konqresin icazəsi olmadan İsrailə silah satışına reaksiya verib.
O, bunun ictimaiyyətə açıqlana bilmədiyi üçün gizli saxlanıldığını bildirib.