Xankəndiyə girsəydik nə olardı? – “Qoca erməniləri güllələyib deyəcəkdilər ki…”backend

Xankəndiyə girsəydik nə olardı? – “Qoca erməniləri güllələyib deyəcəkdilər ki…”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xankəndidə 2-3 min qoca erməni qalmışdı. Biz Xankəndiyə girsəydik, o qocaları ermənilər özləri güllələyib, sonra da deyəcəkdilər ki, Azərbaycan dinc əhaliyə qarşı soyqırım həyata keçirdi”.

bu sözləri millət vəkili, xalq şairi Sabir Rüstəmxanlı TV Müsavatın efirində Rauf Arifoğlunun moderatorluğu ilə yayımlanan “Dərin təhlil” verilişində deyib.

Sabir Rüstəmxanlı qeyd edib ki, o zaman tamam ayrı vəziyyət yaranacaqdı və onun cavabını vermək çətin olacaqdı:

“Biz, deyildiyi kimi, dinc əhali ilə müharibə aparmırıq. O torpaqlar azad olunursa, Qarabağda erməninin qalması bizə haqq verəcək ki, sabah “mən Zəngəzura, Göyçəyə qayıdıram” deyim. Çünki oralar mənim tarixi torpaqlarımdır. Bu məsələdə tələm-tələsik qərar vermək olmaz. Ermənilər uşaqlıqdan bizə qarşı nifrətlə böyüdülüb. 5-10 günə “sildim-süpürdüm” aparmaq olmaz”.