Yaponiyanın baş naziri Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyini açıqlayıb.
İnterpress.az xəbər verir ki, bu barədə Yaponiyanın baş naziri Siqeru İsiba məlumat verib.
“Yaponiya-Rusiya münasibətləri çətin vəziyyətdədir, lakin ölkəmiz ərazi probleminin həlli və sülh müqaviləsinin bağlanması istiqamətində kursunu davam etdirəcək”, – İsiba deyib.
Qeyd edək ki, eyni sözləri onun sələfi Fumio Kişida da işlətmişdi.
Xuraman Etibarlı
İnterpress.az