Yeni ildən Azərbaycanda çörək bahalaşacaq… – “Bu, qaçılmazdır” – Ekspertlərbackend

Yeni ildən Azərbaycanda çörək bahalaşacaq… – “Bu, qaçılmazdır” – Ekspertlər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Xəbər verdiyimiz kimi ilin əvvəlində enerji daşıyıcılarında, dizel yanacağında, kommunal xidmətlərdə qiymət artımı ümumi bahalaşmaya səbəb olub.

Bu fonda Azərbaycanda çörəyin qiyməti də bahalaşa bilərmi?

Məsələ ilə bağlı Bakupost.az -a iqtisadçı-ekspert Akif Nəsirli bildirib ki, ölkədə bütün məhsullar və bu fonda çörəyin də qiyməti artıq bahalaşıb:

“Digər ərzaq məhsulları bahalışıbsa, onun ekvivalentində çörək də bahalaşmalıdır. Əslində, artıq çörəyin qiyməti qalxıb. Yəni, çörəyin çəkisi son zamanlar yenə azalmağa başlayıb. Lakin Azərbaycan hökuməti çörəyin qiymətinə bir qədər həssas yanaşır. Həmişə müxtəlif vasitələrlə həm qanun, həm də digər pərdəarxası vasitələrlə çörəyin qiymətini sabit saxlamağa çalışır. Bu proses indi də davam edəcək. Eyni zamanda hökumətin manevr etmək imkanları və kifayət qədər buğda ehtiyatı var. Bununla yanaşı müəyyən kompensasiyalar da verilir. Lakin konkret hansısa aşırı qiymət artımı gözləmirəm”.

İqtisadçı-ekspert Elşad Məmmədov qeyd edib ki, son illərin göstəricilərinə, bazardakı qiymətlərə nəzər salsaq artıq 40-50 qəpiyə olan çörəyi, indi 70 qəpiyə alırıq:

“Çörəyin bahalaşması prosesi artıq görünür. Digər tərəfdən çörəyi əlimizə götürəndə görürük ki, onun çəkisində də kifayət qədər azalma var. Özüm bunu dəfələrlə hiss etmişəm. Düşünürəm ki, Azərbaycanda çörəyin real olaraq qiyməti artır. Çünki bir tərəfdən çəkinin azalması çörəyin qiymətinin artımı deməkdir, yəni, eyni qiymətə daha çəkisi az çörək satılırsa bunun özü qiymət artımıdır”.

İqtisadçı-ekspert əlavə edib ki, bunda sonra da çörəyin qiymətində artım qaçılmazdır:

Çünki dünya bazarında inflyasiya sürətlə inkişaf edir, digər tərəfdən Azərbaycanda müəyyən kənd təsərrüfatı sektorundakı problemlər olduğuna görə buğda üzrə idxaldan kəskin şəkildə asılıyıq. Görürük ki, bu istiqamətdə Rusiyada müxtəlif gömrük rüsumları tətbiq edilir. Yəni, Rusiyadan çıxarılan buğdaya görə Rusiya istehsalçıları rüsumlar ödəməli olur. Bu da Azərbaycana idxal olunan buğdanın qiymətinin artımına şərait yaradır. Düzdür, hökumət vergidən azad etmə və başqa tədbirlərlə həyata keçirir ki, çörək istehsalçıları qiyməti artırmasın. Sözsüz ki, idxaldan asılılığımız yüksəkdirsə, dünya bazarında kəskin qiymət artımları varsa, bunun Azərbaycana təsir edəcəyi qaçılmazdır. Hesab edirəm ki, istehsalı lokallaşdırmasaq, ölkə daxilində bunu təmin edə bilməsək, həm daxili bazarda, həm də istehlak bazarında çörəyin qiymətinin bundan sonra da artacağı qaçılmaz olacaq”.

Qeyd edək ki, ölkədə əsas çörək zavodları – “Gilan çörək Zavodu” və “Çörəkçi” 500, 600 qramlıq körəkdən başqa digər çəkidə olan çörəklərin qiymətini qaldırıb.