Yeni kiberqrup MDB ölkələrinin dövlət qurumlarına HÜCUM ETDİbackend

Yeni kiberqrup MDB ölkələrinin dövlət qurumlarına HÜCUM ETDİ

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Yeni kiberqrup MDB ölkələrinin dövlət qurumlarına hücum edib.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb. Bildirilir ki, Rusiya Federasiyası, Ermənistan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Tacikistan və Belarusun dövlət, maliyyə, tibb və təhsil müəssisələri kiber hücuma məruz qalıb.

Hücumu “Lazy Koala” adlı yeni kiberqrup həyata keçirib.

Bu günə qədər 867 işçinin hesabı oğurlanıb.

Qeyd olunur ki, əsas məqsəd dövlət təşkilatlarının əməkdaşlarının kompüterlərindən hesabları oğurlamaq və bu məlumatlardan şirkətlərin daxili strukturlarına növbəti hücumlarda istifadə etməkdir.

Xuraman Etibarlı

İnterpress.az