Yenilənmiş Marqara keçid məntəqəsi – Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı QƏRAR GÖZLƏNİLİR – VİDEObackend

Yenilənmiş Marqara keçid məntəqəsi – Ermənistan-Türkiyə sərhədinin açılması ilə bağlı QƏRAR GÖZLƏNİLİR – VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ermənistan və Türkiyə sərhədində yenilənmiş Marqara keçid məntəqəsinin görüntülərini paylaşılıb.

İnterpress.az xəbər verir ki, bununla bağlı görüntüləri Ermənistan Teleqram kanalları yayıb. Bildirilir ki, yaxın günlərdə sərhədin açılması ilə bağlı qərar gözlənilir.

Marqara keçid məntəqəsi Türkiyədə 1993-cü ilin fevralında baş verən zəlzələlərdən sonra ilk dəfə istifadəyə verilib. Fevralın 11-də Ermənistan yük maşınları zəlzələdən zərər çəkmiş insanlar üçün Türkiyəyə humanitar yardım çatdırıb.

İyulun 2-də Ermənistanın Türkiyə ilə dialoq üzrə xüsusi nümayəndəsi Rubinyan bildirib ki, Ermənistan tərəfi sərhəd-keçid məntəqəsinin yenidən qurulması və yenidən təchiz edilməsi üzərində fəal işləyir.

Xuraman Etibarlı

İnterpress.az