“Ynet”: Netanyahu Qalantı istefaya göndərmək niyyətindədirbackend

“Ynet”: Netanyahu Qalantı istefaya göndərmək niyyətindədir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Netanyahu Qalantı istefaya göndərmək niyyətindədir.

İnterpress.az xəbər verir ki, bu barədə “Ynet” mənbələrinə istinadən yazıb.

Hazırda İsrailin sağçı siyasətçisi Gideon Saarın hökumətə daxil edilməsi üçün danışıqlar aparılır.

Qeyd olunur ki, İsrailin baş naziri Netanyahu hazırkı müdafiə naziri Qalantı vəzifəsindən azad edərək Saarı Müdafiə Nazirliyinin rəhbəri vəzifəsinə təyin etməyi planlaşdırır.

Eyni zamanda, İsrail baş nazirinin ofisi Saarla danışıqlara dair bu xəbərləri təkzib edib, lakin Qalantin mümkün işdən çıxarılmasına münasibət bildirməyib.

Bu gün səhər saatlarında bəzi İsrail mediası Netanyahunun “Hizbullah”la şimalda genişmiqyaslı müharibənin başlanmasına qarşı çıxması və həddindən artıq “yumşaq siyasət” yürütməsi səbəbindən Qalantı vəzifədən uzaqlaşdırmağı planlaşdırdığını qeyd edib.

Gideon Saar İsrailin Yeni Ümid siyasi partiyasının rəhbəridir. O, hökumətdə aşağıdakı vəzifələrdə çalışıb: təhsil naziri (2009-2013), Daxili İşlər Nazirliyinin rəisi (2013-2014) və ədliyyə naziri (2021-2022).

Xuraman Etibarlı

İnterpress.az