Yol polisində böyük dəyişiklik: yeni rəis müavini və alay komandiri təyin edilibbackend

Yol polisində böyük dəyişiklik: yeni rəis müavini və alay komandiri təyin edilib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bakı şəhər Dövlət Yol Polisi İdarəsində mühüm kadr dəyişiklikləri edilib.

İnterpress.az-ın əldə etdiyi məlumata görə, Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazovun əmri ilə İdarənin Yol Patrul Xidməti Alayının komandiri, polis polkovniki Malik İbrahimov tutduğu vəzifədən azad edilərək İdarə rəisinin birinci müavini təyin edilib.

Nazirin digər əmri ilə Alay komandirinin müavini, polkovnik-leytenant Raif Süleymanov YPX Alayının komandiri təyin olunub.

İnterpress.az